ABŞ Ukraynaya 400 milyon dollar yardım edib
30.03.2023 21:05 Dünya

ABŞ Ukraynaya 400 milyon dollar yardım edib

ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb.

MediaPost TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yaydığı məlumatda deyilir.

“ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü üçün, O cümlədən energetika sisteminin təmiri üçün avadanlıqlar, elektrik generatorları, istilik stansiyalarının dəstəyi və humanitar yardım üçün 400 milyon dollarlıq yardım ayırıb”, - Agentliyin yaydığı mətndə bildirilib.

Xəbərlər departamenti

Gündəm