ABŞ və Rusiyada son 24 saatda 1.018 nəfər COVID-19 səbəbilə ölüb
10.08.2020 10:22 Gündəm Dünya

ABŞ və Rusiyada son 24 saatda 1.018 nəfər COVID-19 səbəbilə ölüb

Koronavirus səbəbilə son 24 saatda ABŞ-da 948 nəfər, Rusiyada isə 70 nəfər həyatını itirib. 

“MediaPost” xəbər verir ki, beləliklə, ABŞ-da ölənlərin sayı 165.617-yə, Rusiyada isə 15.001-ə yüksəlib. ÜST-ün statistikasına görə, ABŞ-da virusa yoluxanların sayı 53.298 nəfər artaraq 5.199.444-ə çatıb. Verilən məlumata görə, virusa yoluxanlardan 2.664.701 nəfər sağalıb, 17.817 nəfərin vəziyyəti ağırdır.

Rusiyada isə 5.118 yeni yoluxma faktı ilə 892.654 nəfər koronavirusa yoluxub. Onlardan 696.681 nəfər sağalıb, 2300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikayılova

 

Xəbərlər şöbəsi

Gündəm