ABŞ Azərbaycan vətəndaşları üçün viza rüsumunu ARTIRDI - 185 dollar
ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün müraciət edənlərə səslənib.
MediaPost xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.
"17 iyun 2023-cü il tarixində ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artacaq. Tam təfərrüatlar üçün ABŞ Dövlət Konsulluq İşləri Departamentinin səhifəsinə daxil olun", - deyə qeyd olunub.