"ABŞ xalqı Çin dilində danışmaq məcburiyyətində qalacaq"
12.08.2020 08:35 Gündəm Dünya

"ABŞ xalqı Çin dilində danışmaq məcburiyyətində qalacaq"

“Əgər seçkilərdə qalib gəlməsəm, Çin ABŞ-a sahib olacaq”.

“MediaPost” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp radioların birinə müsahibəsində bəyan edib. O hesab edir ki, rəqiblərindən biri prezident seçilərsə, yaxın gələcəkdə ABŞ xalqı Çin dilində danışmaq məcburiyyətində qalacaq". 

ABŞ Prezidenti Tramp COVID-19 yenidən "Çin vəbası" adlandıraraq bu ifadələri işlədib: “Bizim Çinlə münasibətlərimiz yaxşı deyil. Çin COVID-19-la bağlı lazımi işlər görmədi”.

Tramp rəqiblərinin ondan zəif olduğunu da bəyan edib: "Düşünürəm ki, hətta Corc Vaşinqton da yaşasaydı, seçkilərdə məni məğlub etməkdə çətinlik çəkirdi". 

Xəbərlər şöbəsi

Gündəm