ABŞ Xəlifə Haftarın özünü dövlət başçısı elan etməsinə münasibət bildirib
28.04.2020 07:53 Dünya

ABŞ Xəlifə Haftarın özünü dövlət başçısı elan etməsinə münasibət bildirib

“MediaPost” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkələrdəki səhifələrində məlumat paylaşılıb. Vaşinqtonun Haftarın sözügedən açıqlanmasından kədərləndiyi bildirilib. Məlumatda Haftar və Liviyadakı digər aktorların dialoqla ölkəni irəliyə aparacaq cəhdlər etməsinin ABŞ tərəfindən məmnuniyyətlə qarşılanacağı qeyd olunub:

“ABŞ, mülki vətəndaşların sıxıntı içərisində olduğu və koronavirus epidemiyasının daha çox həyatı təhdid etdiyi bu dövrdə Liviya Milli Ordusunu Milli Razılaşma Hökumətinə qatılaraq humanitar atəşkəs elan etməyə çağırır. ABŞ tərəfləri BMT Liviya xüsusi nümayəndəliyinin liderliyində 5+5 hərbi komitəsinin görüşləri ilə daimi atəşkəsin təmin olunmasına dəvət edir”.

Xatırladaq ki, Liviya Milli Ordusunun lideri Xəlifə Haftar ötən axşam BMT himayəsində imzalanan Suheyrat razılaşmasının öz qüvvəsini itirdiyini və ölkənin başına keçdiyini açıqlayıb. O, rəhbəri olduğu ordunun bütün ölkədə nəzarəti ələ keçirəcəyini iddia edib.

Onu da qeyd edək ki, 2015-ci ildə Mərakeşin Suheyrat şəhərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib. Razılaşmaya görə, Liviyada keçid müddətində ölkənin idarəsi Milli Razılaşma Hökumətinə tapşırılıb.

Xəbərlər departamenti

Gündəm