Abşeron yarımadasının bəzi əraziləri tramvay xətti ilə əhatə olunacaq
17.12.2019 09:11 İqtisadiyyat

Abşeron yarımadasının bəzi əraziləri tramvay xətti ilə əhatə olunacaq

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycna Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında deyib.

“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəyi, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, - deyə o, qeyd edib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm