Abşeronda 5 otaqlı evdə yanğın olub
26.04.2020 07:31

Abşeronda 5 otaqlı evdə yanğın olub

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 55 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağında yataq dəsti və döşəmə 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "MediaPost" verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm