Abşeronda ikimərtəbəli evdə yanğın olub
22.01.2021 23:46 Hadisə

Abşeronda ikimərtəbəli evdə yanğın olub

Abşeron rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli mansarda tipli evin mətbəxində mebel dəsti yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi və 1 ədəd televizor əriyib.

Fövqəladə Hallar Nazirliyindən "MediaPost"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm