Abşeronda oğul atasının meyitini evdən tapdı
21.04.2020 07:58 Hadisə

Abşeronda oğul atasının meyitini evdən tapdı

"MediaPost" xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsi, Afiq Abdullayev küçəsində yerləşən evdə qeydə alınıb.Həmin evdə Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Əsədullayev Səməd Yəhya oğlunun meyiti aşkar edilib. S. Əsədullayevin meyiti evdəki otaqların birindən onun oğlu Əliağa Əsədullayev tapıb.

S.Əsədullayevin hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm