Abxaziyadakı erməni separatçıları Qarabağa yollanıblar
07.11.2020 23:13 Dünya

Abxaziyadakı erməni separatçıları Qarabağa yollanıblar

Gürcüstanın işğal altındakı Abxaziya bölgəsindən bir qrup erməni əsilli separatçı Azərbaycan əleyhinə döyüşmək üçün Dağlıq Qarabağa yollanıblar. 

 "MediaPost" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə müvafiq məlumat öldüyü iddia edilən Dağlıq Qarabağın qondarma prezidenti, Araik Harutunyanın "Facebook" hesabında paylaşılıb.

Şəkillərdən görünür ki, Abxaziya bölgəsindən Xankəndinə təqribi olaraq 10 nəfər erməni əsilli separatçı gedib.

Xəbərlər şöbəsi

Gündəm