"Access Bank"ın biznes kreditləri 75 milyon manata yaxın azalıb
22.10.2020 10:38 Maliyyə

"Access Bank"ın biznes kreditləri 75 milyon manata yaxın azalıb

"Access Bank" 2020-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə göstəricilərini açıqlayıb. 

"MediaPost" bankın hesabatına istinadən xəbər verir ki,  "Access Bank" bu ilin 9 ayını 3 milyon 38 min manat mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövründən isə 90 milyon 501 min manat zərər açıqlamışdı. 

Hesabat dövründə “Access Bank”ın gəlirləri 17,4% artaraq 79 milyon 238 min manat, xərcləri isə 7,4% artaraq 75 milyon 687 min manat olub. Bank xüsusi ehtiyatlara 513 min manat ayırıb. 

Bankın aktivləri 9,4% artaraq 902 milyon 114 min manata yüksəlib. Son 1 ildə Bankın kredit portfeli 4,9% kiçilərək 474 milyon 576 min manat təşkil edib. Maraqlıdır ki, bankın biznes kreditlər üzrə portfeli də kiçilib. "Access Bank" 2020-ci ilin 9 ayında 470 milyon 873 min manat biznes krediti verib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% azdır. 2019-cu ilin 9 ayında bank 544 milyon 24 min manat biznes krediti vermişdi. 

Bu dövrdə “Access Bank”ın öhdəlikləri 805 milyon 765 min (10,2% artım) manat, depozit portfeli 606 milyon 338 min manat(6,2% azalma), balans kapitalı isə 96 milyon 349 min manat (3,5% artım) təşkil edib. 

 

Rahim Tarıverdiyev

Gündəm