AÇG-də yeni platformanın layihələndirilməsi yekunlaşır
12.11.2020 11:59 Energetika

AÇG-də yeni platformanın layihələndirilməsi yekunlaşır

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın  mühəndislik layihələndirmə mərhələsini həyata keçirən “SOCAR-KBR” MMC işləri yekunlaşdırır.

“MediaPost” xəbər verir ki, bu barədə KBR şirkəti məlumat yayıb.

“SOCAR-KBR” “Mərkəzi-Şərqi Azəri” adlı yeni platformanın FEED (Front End Engineering Design - İlkin Detallı Layihələndirmə) və detallı mühəndislik işlərinə məsuldur və bu platforma KBR-ın “Rəqəmsal əkiz texnologiya”sının tam tətbiq edildiyi ilk platformadır.
Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” platforması suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarətdir.
Buradan gündəlik 100 min barelə qədər neft və 350 min standart kubfut qaz hasilatı nəzərdə tutulur. Platformadan hasilata 2023-cü ildə başlanılması planlaşdırılır. Platformanın yekun investisiya dəyəri 6 mlrd ABŞ dollarıdır.
Xatırladaq ki, BP-nin daha əvvəl yaydığı məlumatda layihələndirmə işlərinin icrası ilə əlaqədar  “SOCAR-KBR”la müqavilənin dəyərinin 76 mln dollardan çox olduğu bildirilmişdi.

Xəbərlər departamenti

Gündəm