Açıq məkanda reklam yerləşdirilməsinə icazə üçün sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər
24.01.2023 10:51 Maliyyə

Açıq məkanda reklam yerləşdirilməsinə icazə üçün sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazələrin alınması üçün Dövlət Reklam Agentliyinin (ADRA) regional reklam idarələri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər.

MediaPost xəbər verir ki,bu xidmətin təşkili məqsədilə Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşən KOB evlərində Dövlət Reklam Agentliyinin xidmət masaları fəaliyyət göstərir. 

Sahibkarlar KOB evlərindəki xidmət masalarına yaxınlaşmaqla açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi, bununla bağlı informasiya və lazımi sənədlər barədə məlumat ala, eləcə də hazır sənədi götürə bilərlər. 

Xəbərlər departamenti

Gündəm