AFFA-nın əməkdaşı Türkiyə-Rusiya oyununa təyinat aldı
08.11.2020 01:03 İdman

AFFA-nın əməkdaşı Türkiyə-Rusiya oyununa təyinat aldı

AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

"MediaPost" AFFA-ya istinadla xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Türkiyə–Rusiya qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.

Matç noyabrın 15-də İstanbulda “Şükrü Saraçoğlu” stadionunda keçiriləcək

Xəbərlər şöbəsi

Gündəm