AFFA-nın növbədənkənar Konfransının yeri və gündəliyi açıqlanıb
07.01.2020 06:56 Futbol

AFFA-nın növbədənkənar Konfransının yeri və gündəliyi açıqlanıb

"MediaPost"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 10:00-da başlayacaq tədbir "Bulvar otel"də təşkil olunacaq. Gündəliyə iki məsələ daxil edilib:

- AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması

- Digər məsələlər

Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm