Afinanın ilk məscidi ibadətə açılıb
03.11.2020 16:45 Dünya

Afinanın ilk məscidi ibadətə açılıb

Yunanıstanın paytaxtı Afinada ilk məscid 14 illik plan və tikintidən sonra ibadətə açılıb.

"MediaPost" xəbər verir ki, bu barədə Yunanıstan Təhsil və Dini İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada COVID-19 səbəbilə rəsmi açılışın başqa tarixdə baş tutacağı və pandemiyaya görə sadəcə 9 nəfərin namaz qılmasına icazə veriləcəyi qeyd olunub.

Məscidin ilk imamı isə 49 yaşlı Mərakeş əsilli Yunanıstan vətəndaşı Məhəmməd Zəki olub.

Anara Mikail

Gündəm