Afrika ölkələri Çinə nota verdi - Koronavirusda ikinci dalğa qorxusu
13.04.2020 11:40 Dünya

Afrika ölkələri Çinə nota verdi - Koronavirusda ikinci dalğa qorxusu

Çinin bir çox şəhərində, xüsusən də Quanko bölgəsində qaradərililərin COVID-19-un ikinci dalğasına səbəb olduqları üçün evlərindən təxliyə edildiyi, ictimai yerlərə, o cümlədən ticarət mərkəzləri, restoran və xəstəxanalara girə bilmədikləri, küçədə döyüldükləri iddialarına Afrika sərt reaksiya verib.

"MediaPost" xəbər verir ki, Afrika ölkələrinin Çində yerləşən səfirlikləri xarici işlər naziri Vanq Yidə nota göndəriblər.

Notada COVID-19-un afrikalılar tərəfindən yayıldığı görüntüsünün yaradılmasına son verilməsi ilə bağlı çağırış yer alıb:

"Pekindəki afrikalı səfirlər qaradərililərin məcburi test olunması, karantin və digər zorakı hərəkətlərə məruz qalmasını dərhal dayandırın".

Afrika ülkeleri birleşip Çin'e nota verdi! Koronavirüste ikinci ...


Xəbərlər departamenti

Gündəm