Afrikada daha bir epidemiya: 76 can aldı
Afrika ölkəsi olan Nigeriyada daha bir epidemiya baş qaldırıb.
“MediaPost” xarici KİV-ə istinadla xəbər verir ki, Nigeriyanın 3 əyalətində son 11 gündə 76 nəfər sarı qızdırma xəstəliyindən dünyasını dəyişib.
Sarı qızdırma yüksək temperatur, baş və əzələ ağrısı, ürəkbulanma, halsızlıq və gözlərdə sarılıqla müşahidə olunan epidemiyadır.
Qeyd edək ki, ötən il Nigeriyada 300 nəfərdən çox insan sarı qızdırma xəstəliyindən dünyasını dəyişib.