Afrikada koronavirusa yoluxanların sayı 1 milyon 946 mini ötüb
13.11.2020 16:19 Dünya

Afrikada koronavirusa yoluxanların sayı 1 milyon 946 mini ötüb

Afrikada son 24 saatda daha 15.617 nəfər koronavirusa yoluxub.

"MediaPost" xəbər verir ki, beləliklə virusa yoluxanların sayı 1.946.369-a, COVID-19 nəticəsində ölənlərin sayı isə 269 nəfər artaraq 46.262-yə çatıb. 

Bildirilib ki, yoluxanlardan 1.641.278 nəfər sağalaraq evə buraxılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qitədə koronavirus səbəbilə ölənlərin 18%-i diabet xəstələridir.

Anara Mikail

Gündəm