Ağ Evdə hücum həyəcanı: Tramp zaldan çıxarıldı
11.08.2020 08:10 Gündəm Dünya

Ağ Evdə hücum həyəcanı: Tramp zaldan çıxarıldı

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən gündəlik mətbuat konfransı zamanı Gizli Xidmət Agentliyinin əməkdaşları tərəfindən otaqdan çıxarılıb.

“MediaPost” xəbər verir ki, salondakı müxbirlərin çıxmasına icazə verilməyib. Qısa müddət sonra zala qayıdan Tramp Ağ Ev yaxınlığında silah səsi eşidildiyini bildirib.

Şübhəlinin vurulduğunu deyən ölkə başçısı adı açıqlanmayan şəxsin xəstəxanaya yerləşdirildiyini söyləyib.

O, baş verənlərlə bağlı “Çox təəssüf ki, dünya həmişə belə təhlükəli bir yer olub. Dünya geridə qoyduğumuz əsrlərdə də təhlükəli yer idi və düşünürəm ki, bir müddət daha belə davam edəcək”, - deyə qeyd edib.

Digər tərəfdən, Gizli Xidmət Agentliyinin “Twitter” hesabından edilən açıqlamada Ağ Evə yaxın ərazidə silahlı şəxslərin müəyyən edildiyi, yaxında daha ətraflı məlumat veriləcəyi bildirilib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm