Ağ Evdə panika - qonaq edilən basketbolçu huşunu itirdi
27.05.2023 04:31 Dünya

Ağ Evdə panika - qonaq edilən basketbolçu huşunu itirdi

Ağ Evdə ABŞ prezidenti Bayden və həyat yoldaşı Cil Bayden Amerika Universitet İdmanları Federasiyasının (NCAA) çempionu Luiziana Dövlət Universitetinin (LSU) qadın basketbol komandasının oyunçularını və məşqçi Kim Mulkini qəbul edib.

MediaPost xəbər verir ki, Baydenin burada çıxışı zamanı onun arxasında düzülmüş idmançılardan biri Sa Myah Smith huşunu itirməsi panikaya səbəb olub.

Smthin huşunu itirməsi səbəbindən çıxışına ara vermək məcburiyyətində qalan Bayden, oyunçuların uzun müddət ayaq üstə qaldığını bildirərək üzr istəyib.

Qısa fasilədən sonra bunun ilk dəfə olmadığını söyləyən Bayden çıxışına davam edib.

Məşqçi Mulkey, Ağ Evin tibb işçilərinin müdaxilə etdiyi Smitin ümumi sağlamlığının yaxşı olduğu açıqlayıb.

Xəbərlər departamenti

Gündəm