Ağ Evin Baş katibi koronavirusa yoluxub
07.11.2020 13:49 Dünya

Ağ Evin Baş katibi koronavirusa yoluxub

Ağ Evin Baş katibi Mark Medou koronavirusa yoluxub.

"MediaPost" xəbər verir ki, test nəticəsi müsbət çıxan Medoun virusa yoluxduğu Ağ Ev rəsmiləri tərəfindən təsdiqlənib. 

Qeyd edək ki, yerli media maskasız şəkildə tədbirlərdə iştirak edən katibin vətəndaşlarla bir araya gəldiyi fotoları yayımlayaraq tənqid etmişdi.

Onun daha öncə "CNN International"a mesahibəsində "pandemiyaya nəzarət etməyəcəyik. Vaksinləri, müalicələri və təhlükəni azaltma yollarına nəzarət edəcəyik" deməsi mübahisələrə səbəb olmuşdu.

 

Anara Mikail

Gündəm