“AGBank”da səhmdarların pay bölgüsü dəyişib
03.03.2020 12:38 İqtisadiyyat

“AGBank”da səhmdarların pay bölgüsü dəyişib

“MediaPost”un əldə etdiyi məlumata görə, bankın səhmdarlarından olan Beynəlxalq Maliyyə Korporasiyası və "Kazimir Partners" şirkəti səhmlərinin bir hissəsini Əsədulla Çingizə satıblar.

Məlumata görə, ümumilikdə dəyəri 5,353,104,00 manat olan 2,676,552.00 səhm satılıb.

Ümumi dəyəri 3,832,778.00 manat olan 1,916,389 səhm bir səhmdara, 1,520,326.00 manat dəyəri olan 760,163 ədəd səhm isə digər bir səhmdara satılıb.

Məlumat üçün bildirək ki, “AGBank”da səhmdarların siyahısı və əqdləri aşağıdakı kimidir:

1.Beynəlxalq Maliyyə Korporasiyası - 4,28%

2.Kazimir Partners şirkəti - 2,45%

3.Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) - 33,57%

4.Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79%

5.Marçenko Qriqoriy - 8.30%

6.Səhmdarların ümumi sayı 83 , minaritariyaların sayı 82 onların ümumi payları - 66,43%

Dividendlərin verilməsi haqqında qərar ötən ilin maliyyə nəticələrindən asılı olaraq səhmdarların ümumi yığıncağında qərar verilir.

Xəbərlər departamenti

Gündəm