“AGBank” və “NBC Bank”ın taleyi ilə bağlı açıqlama
29.04.2020 14:08 İqtisadiyyat

“AGBank” və “NBC Bank”ın taleyi ilə bağlı açıqlama

Azərbaycan Respublikasnın Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBC Bank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Yoxlamalar nəticəsində “Amrah Bank”ın və “Ata Bank”ın lisenziyası ləğv olunub. Digər “AGBank” ASC və “NBC Bank” ASC barədə araşdırma aparılır.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, hələ, bu banklarla bağlı qərar yoxdur və çox böyük ehtimalla “AGBank” və “NBCBank” bağlanmayacaq. Hüquqşünasın sözlərinə görə, bu bankların elə ciddi problemi mövcud deyil: "Konsolidasiyaya da ehtiyac yoxdur. Bundan başqa “AGBank” ilə “NBC Bank”ın vəziyyəti fərqlidir. “AGBank”ın verdiyi kreditlərin girovu və təminatı var. Sadəcə, kredit alanlar borclarını qaytarmadığından çətin vəziyyətə düşüb. Bank borclu olanları məhkəməyə verib borcunu əvvəl-axır geri alacaq. “AGBank”ın bu vaxta kimi müştərilərinə əmanətlərini qaytarmasında və s. digər bu kimi oxşar problemlər yaşamayıb. “NBC Bank”da isə əksinə, belə problemlər olub".

Xəbərlər departamenti

Gündəm