Ağcabədi polisinə yeni rəis müavini təyin olunub
14.11.2019 15:53 Gündəm

Ağcabədi polisinə yeni rəis müavini təyin olunub

Report"un Qarabağ Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Rüfət Məmmədov Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ağcabədi RPŞ-nin İstintaq bölməsinin rəisi işləyib. Onun yerinə hələ ki təyinat yoxdur.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm