Ağcabədidə ağır qəza: Avtomobil dirəyə çırpıldı, iki nəfər öldü, üç nəfər yaralandı
16.05.2021 19:36 Hadisə

Ağcabədidə ağır qəza: Avtomobil dirəyə çırpıldı, iki nəfər öldü, üç nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı, 06-BG-270 dövlət nömrə nişanlı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb.

Avtomobildə olan üç sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və xəsarət alanların kimliyi araşdırılır.

Xəbərlər şöbəsi

Gündəm