Ağciyər Xəstəlikləri İnstitutunda son ölümlərin səbəbi nədir? - RƏSMİ AÇIQLAMA
07.02.2020 09:53 Gündəm

Ağciyər Xəstəlikləri İnstitutunda son ölümlərin səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

Faktla bağlı “MediaPost”a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, Ağciyər İnstitutu tərəfindən xəstəliklərin səbəbləri ilə bağlı açıqlamalar verilib:

“Ölənlərin hamısı ağır xəstəliklərdən, pnevmaniyadan dünyasını dəyişiblər. Baş verən ölümləri koronaviruslada əlaqələndirənlər var. Ümumiyyətlə, bunun sözügedən virusla heç bir əlaqəsi yoxdur. Ölənlərin hər birinin diaqnozu açıq-aydın qeyd olunub. Yanvar ayından etibarən TƏBİB-in xəstəxanalara təhvil-təslim işləri başlayıb. Eyni zamanda qurumumuzun ekpert işçi qrupları monitorinqlər həyata keçirir. Proses başa çatdıqdan sonra xəstələr, həkim və reanimatoloq sayı, digər məsələlərlə bağlı açıqlama verəcəyik. İnsanların narahatlığını başa düşürük. Ona görə, bu yaxınlarda məhz Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı açıqlama veriləcək”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm