Ağdamda ağır qəza: Ölən və yaralanan var
09.11.2020 18:13 Hadisə

Ağdamda ağır qəza: Ölən və yaralanan var

Noyabrın 8-də saat 08 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində kənd sakini N.İsmayılovun idarə etdiyi “QAZ-3129” və Bənövşələr qəsəbə sakini Nurəddin Bayramovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən "MediaPost"a verilən məlumata görə, N.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm