Ağdamda avtomobil piyadanı vuraraq öldürüb
19.09.2020 23:48 Hadisə

Ağdamda avtomobil piyadanı vuraraq öldürüb

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"MediaPost"un xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Rayon sakini Vəfadar adlı sürücü "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Ağdam rayonunun Qərvənd kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Zamiq Məhərrəm oğlunu vurub. Z.Əliyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. Apa

"MediaPost"

Xəbərlər departamenti

Gündəm