Ağdamda vəzifəli şəxs minaya düşüb
Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayon ərazisində minaya düşüb.
"MediaPost" xəbər verir ki, hadisə Ağdamın işğaldan azad olunan Novruzlu kəndində qeydə alınıb.
Ağır yaralanan idarə rəisi Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.