Ağdamdakı mərkəz son 2 ildə ermənilərin atəşkəs rejimini 258 dəfə pozması faktını qeydə alıb
22.09.2023 13:51 Gündəm

Ağdamdakı mərkəz son 2 ildə ermənilərin atəşkəs rejimini 258 dəfə pozması faktını qeydə alıb

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi son 2 ildə ermənilərin 258 dəfə atəşkəs rejimini pozması faktlarını qeydə alıb.

MediaPost “Haber Global”a istinadən xəbər verir ki, mərkəz fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, mərkəz pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə müşahidələr həyata keçirir, atəşkəsin pozulması faktlarını qeydə alır. Həmçinin həmin faktlar sənədləşdirilir.

Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir.

Xəbərlər departamenti

Gündəm