Agentlik sədri çağırış etdi: "Təhlükəli məhsullar barəsində məlumat verin"
29.12.2019 14:32

Agentlik sədri çağırış etdi: "Təhlükəli məhsullar barəsində məlumat verin"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli insanları qida təhlükəsizliyinin təmin edilməsində, insan sağlamlığı üçün təhlükəli olan məlumatların verilməsi məsələsində cəmiyyəti aktiv olmağa çağırıb.

"MediaPost" Trend-ə istinadən verdiyi məlumata görə, Q.Təhməzli əlavə edib ki, hansısa ünvanda təhlükəli qida ilə bağlı məlumatı olanlar bu barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat versinlər:

Q.Təhməzli əlavə edib ki, fəaliyyətində nöqsanlar aşkarlanan müəssisələrin fəaliyyəti ilk andan dayandırılmır:

“Biz əvvəlcə üç aylıq məhdudlaşdırma tətbiq edirik. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılırsa, həmin müəssisə yenidən fəaliyyətini davam etdirir. Müəssisənin fəaliyyəti aşkar olunan nöqsanlar aradan qaldırılana qədər müvəqqəti məhdudlaşdırılır".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm