Ağrı dağının Ermənistan tərəfində Türkiyə və Azərbaycan bayraqlarının görüntüsü əks olunacaq
03.11.2020 15:17 Siyasət Qarabağ Azərbaycandır

Ağrı dağının Ermənistan tərəfində Türkiyə və Azərbaycan bayraqlarının görüntüsü əks olunacaq

Türkiyənin Ağrı rayonunun Bələdiyyə sədri Savcı Sayan Azərbaycanla bağlı paylaşım edib.

“MediaPost” xəbər verir ki, o, “Tvitter”də Ağrı dağının Ermənistan tərəfindən seyr edənləri sürpriz gözlədiyini bildirib:

“Ağrı Bələdiyyəsi olaraq tələsik iş görürük. Yaxın günlərdə Ağrı dağının Ermənistana baxan tərəfində bu görüntünü görəcəksiniz. Ümid edirəm ki, cəbhədəki Ermənistana “yaxşı əhval-ruhiyyə” verərik!”.

Qeyd edək ki, Bələdiyyə sədrinin dediyinə görə, Ağrı dağının Ermənistan tərəfində Türkiyə və Azərbaycan bayraqlarının görüntüsü əks olunacaq.

Xəbərlər şöbəsi

Gündəm