Ağstafada Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleks tikiləcək - SƏRƏNCAM
30.12.2019 14:51 Rəsmi

Ağstafada Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleks tikiləcək - SƏRƏNCAM

"MediaPost"un məlumatına görə, sərəncamla Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 5 030 000 manatı Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm