Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yoluna 5 milyon manat ayrılıb
19.11.2019 15:17 Rəsmi

Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yoluna 5 milyon manat ayrılıb

Sərəncamda qeyd edilir ki, otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm