Ağsuda qızının adı ilə küçəyə çıxan şəxs saxlanılıb  - FOTOLAR
13.04.2020 08:17 Kriminal

Ağsuda qızının adı ilə küçəyə çıxan şəxs saxlanılıb - FOTOLAR

"MediaPost" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, karantin rejimi qaydalarına riayət edilməsinin təmin olunması məqsədilə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində çölə çıxan vətəndaşların yoxlanışı zamanı 42 yaşlı İlqar Kərimovun icazəsiz küçədə olduğu müəyyən olunub.

O, telefonda “8103” SMS icazə sistemindən gələn mesajı göstərsə də, polis əməkdaşları tərəfindən həmin şəxs planşetlə yoxlanılan zaman onun adında heç bir icazənin olmadığı, İlqar Kərimovun qızının şəxsiyyət vəsiqəsi ilə icazə aldığı aşkarlanıb.

Şamaxı rayon sakini, 22 yaşlı Kamal Əhmədov heç bir icazəsi olmadan ara yollarla Ağsu rayonuna gələrkən saxlanılıb, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati həbs olunub.

Həmçinin, rayonun Gəgəli kəndi ərazisində qardaşlar - Rza və Sakit Mirzəyevlər heç bir icazələri olmadan sərxoş vəziyyətdə çölə çıxıb, xuliqanlıq hərəkətləri etdiklərinə görə saxlanılıblar. Onların barəsində də Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunauyğun müvafiq tədbirlər görülüb.


Xəbərlər departamenti

Gündəm