Aİ-dən Livana 33 milyonluq yardım
06.08.2020 13:37 Gündəm Dünya

Aİ-dən Livana 33 milyonluq yardım

Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti Ursula von der Leyen Livana fövqəladə vəziyyət ehtiyacları üçün ilkin mərhələdə 33 milyon avro yardım ediləcəyini açıqlayıb.

“MediaPost” xəbər verir ki, Komissiyanın açıqlamasına görə, von der Leyen ilə Livan Baş naziri Həsən Diyab arasında Beyrutda baş verən partlayışla bağlı telefon danışığı olub. 

Von der Leyen Aİ-nin Mülki Müdafiə Mexanizmi ilə birlikdə Beyrutda axtarış və xilasetmə işləri üçün 100 peşəkar yanğınsöndürən, İT mütəxəssisi və material göndərdiyini bildirib. Bundan başqa o, Kopernik peyk xəritələmə sistemini də hərəkətə keçirdiyini vurğulayıb. 

Ursula von der Leyen Livanın siyasi sabitliyinin də böyük əhəmiyyət daşıdığına diqqət çəkərək "bütün siyasi qüvvələr bu çətin anlarda birləşməlidir. Aİ Livanın yanında olacaq", - deyib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm