Aİ Ermənistandakı yeni missiyasının ilk dövrü üçün 8 milyon avro ayıracaq
24.01.2023 22:30 Dünya

Aİ Ermənistandakı yeni missiyasının ilk dövrü üçün 8 milyon avro ayıracaq

Avropa İttifaqı Şurasının çərşənbə axşamı dərc olunmuş qərarına əsasən, Aİ-nin Ermənistandakı yeni mülki missiyasının ilk dörd ayı 8,1 milyon avroya başa gələcək.

"MediaPost"un xəbərinə görə, Aİ xarici işlər nazirləri Ermənistanda mandatı iki il müəyyən edilmiş yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər.

“Növbəti dövr üçün maliyyələşmənin həcmi Aİ Şurası tərəfindən müəyyən ediləcək”, - sənəddə deyilir.

Xəbərlər departamenti

Gündəm