Ailələri narahat edəcək açıqlama: "117 mindən çox uşaq zərər çəkəcək"
14.04.2020 09:55 Dünya

Ailələri narahat edəcək açıqlama: "117 mindən çox uşaq zərər çəkəcək"

Birləşmiş Millətlər Təşkilatının Yardım Fondu (UNICEF) COVID-19-un yayılmasından sonra qızılca peyvəndi kampaniyalarının təxirə salınmasının 117 milyon uşağa təsir göstərə biləcəyinin siqnalını verib.

"MediaPost" bu barədə "The New York Times"a istinadən xəbər verir.

UNICEF-in yaydığı məlumata görə, koronavirus pandemiyası səbəbilə 24 ölkədə qızılca peyvəndi ilə bağlı kampaniyalar təxirə salınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 50 ildən çox müddət ərzində etibarlı və effektiv bir peyvənd olmasına baxmayaraq son illərdə qızılca xəstəliyi artıb, 2018-ci ildə qarşısı alına biləcəyi halda, uşaqlar da daxil olmaqla 140 mindən çox insan həyatını itirib.

Xəbərlər departamenti

Gündəm