Ajda xəyalını gerçəkləşdirmək üçün 19 milyon xərcləyəcək
12.01.2021 10:40 Şou-biznes

Ajda xəyalını gerçəkləşdirmək üçün 19 milyon xərcləyəcək

Türkiyəli müğənni Ajda Pekkan 19 milyon lirəyə ferma almaq qərarına gəlib.

“MediaPost” xəbər verir ki, İstanbulun səs-küyündən bezən ifaçı ötən il Bodrumda 1,2 milyon avroya villa almışdı. O, indi isə həmin ərazidə ferma axtarışına çıxıb.

“İçimdə heyvan sevgisi var, onları çox sevirəm”, - deyə bildirən Ajda ferma qurmaq xəyalını gerçəkləşdirmək istəyindədir.

İstanbulun Bahçeköy ərazisindəki villası isə illərdir satılmırdı. Bildirilir ki, Dubaydan bir şahzadə sözügedən malikanəni almaq niyyətindədir. O, həm evi görmək, həm də Ajda Pekkanla tanış olmaq üçün Türkiyəyə gələcək.

Üç il öncə 40 milyon lirəyə satışa çıxarılan üçmərtəbəli malikanə alıcı çıxmayandan sonra yarıqiymətinə təklif edilib.

Pərviz Hüseyn

Gündəm