Akar: "Türkiyə Dağlıq Qarabağda sülhməramlı missiyada təmsil olunacaq"
12.11.2020 13:34 Dünya Siyasət

Akar: "Türkiyə Dağlıq Qarabağda sülhməramlı missiyada təmsil olunacaq"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib. 

"MediaPost" “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə o, Türkiyə Böyük Millət Məclisində (TBMM) Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib. 

"Türkiyə Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq", - deyə nazir qeyd edib.

Anara Mikail

Gündəm