Akar: "Əməliyyat 44 gün davam etdi, amma 44 il danışılacaq"
11.11.2020 10:45 Qarabağ Azərbaycandır

Akar: "Əməliyyat 44 gün davam etdi, amma 44 il danışılacaq"

"Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi".

"MediaPost" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə Nazirliyində Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı keçirilən tədbirdə söyləyib.

"Əldə edilən nəticə bizi çox xoşbəxt etdi. Bu əməliyyat bir oyanışdır. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin doğma torpaqlarını işğaldan azad etmək üçün 44 günlük əməliyyat zamanı göstərdiyi qəhrəmanlıq və cəsarət təqdirəlayiqdir. Azərbaycan tarixində qızıl hərflərlə yazılası bir müvəffəqiyyət əldə etdiniz. Əməliyyat 44 gündə başa çatdı, ancaq 44 ildir danışılacağına əmin olun", - deyə nazir qeyd edib.

Anara Mikail

Gündəm