Akarla Şoyqu razılaşdı, memorandum imzaladılar
11.11.2020 23:42 Qarabağ Azərbaycandır

Akarla Şoyqu razılaşdı, memorandum imzaladılar

Rusiya Müdafiə naziri Sergey Şoyqu və Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağda atəşin dayandırılmasına birgə nəzarət mərkəzinin yaradılması ilə bağlı memorandum imzalayıb.

"MediaPost" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, müştərək mərkəz Azərbaycan ərazisində yerləşəcək, atəşkəsə əməl edilməsinə dair məlumatların toplanmasını, yoxlanmasını və ümumiləşdirilməsini həyata keçirəcək.  Bu mərkəz razılaşmanın pozulması ilə əlaqəli istənilən sual və problem, şikayətin baxılması üçün bir orqan olacaq.

Xəbərlər şöbəsi

Gündəm