“Akkord”un bu şirkətləri birləşir
05.11.2020 09:10 Sahibkarlıq

“Akkord”un bu şirkətləri birləşir

“Akkord Asfalt” MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qoşulur.

“MediaPost” xəbər verir ki, bununla “Akkord Asfalt” MMC-nin bütün hüquq və vəzifələri (öhdəlikləri) “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə keçir.

“Akkord Asfalt” MMC-nin bütün kreditorları öz tələblərini “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə (ÜnvanBakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllə, əlaqə telefonu- (012) 404 77 77) müraciət etməklə bildirməlidir.

Qeyd edək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-cı ildə dövlət qerydiyyatına alınıb və nizamnamə kapitalı 75 mln. 594 min 365 manat təşkil edir. “Akkord Asfalt” MMC-nin nizamnamə kapitalı isə 7 mln. 665 min 385 manatdır.

Könül Vəliyeva

Gündəm