Aktop: "Hər zaman Azərbaycanın yanında olacağıq"
07.11.2020 13:11 Dünya Qarabağ Azərbaycandır

Aktop: "Hər zaman Azərbaycanın yanında olacağıq"

“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində bundan öncə olduğu kimi bundan sonra da yanlarında olmağa və dəstək verməyə davam edəcəyik”.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şəbnəm Aktop açıqlamasında qeyd edib.

"Ermənistan 27 sentyabrdan bəri Azərbaycana qarşı insanlıqdan kənar hücumlarını davam etdirir. 10, 17, 25 oktyabr tarixlərində qəbul edilən atəşkəslərə rəğmən, dinc insanlar hədəf alan, yaşayış məntəqələrini atəşə tutan Ermənistan bununla da beynəlxalq hüququn tələblərini pozub və müharibə cinayətləri törədib. Bu hücumlarda indiyədək 91 Azərbaycan vətəndaşı həyatını itirib, 404-ü yaralanıb”, - deyə Şəbnəm Aktop bildirib. 

Anara Mikail

Gündəm