“Aktyor obrazın çatışmayan cəhətlərini tamaşaçıya ötürməyi bacarmalıdır” – Xalq artistindən ŞƏRH
19.09.2023 12:35 Mədəniyyət

“Aktyor obrazın çatışmayan cəhətlərini tamaşaçıya ötürməyi bacarmalıdır” – Xalq artistindən ŞƏRH

Artıq yarım əsrdir ki, kino sənayesi biznesin ən gəlirli sahələrindən biri sayılır. İnsanlar filmlərə baxır, ağlayır, gülür və bunun üçün də pul ödəyirlər. Qəribə səslənsə də, bu bazarın dəyişməz qanunu belədir. Çünki tamaşaçını ümidləndirmək, güldürmək və ya kosmosun əlçatmaz, maraqlı dünyasına cəlb etmək ucuz başa gəlmir, külli miqdarda pul tələb edir. Kino hamını cəlb edir.

Bəs teatr və kinoda tamaşaçını güldürmək daha asandır yoxsa ağlatmaq?

Mövzu ilə əlaqədar MediaPost-a açıqlama verən Xalq artisti, aktyor, teatr rejissoru İlham Namiq Kamalın sözlərinə görə, komediya dram və faciə janrlarından daha çətindir:

alt text

“Peşəkar aktyor səhnəyə çıxanda düşünmür ki, kimisə güldürəcək və yaxud ağladacaq. Bir dəfə bir tamaşaçı mənə “Tamaşanıza nə qədər güldüm. Siz lap kefdəsiniz ki” dedi. Dedim, sən orada mənim güldüyümü gördün? Sən orada mənim əsəbimi, düşdüyüm o anlaşılmaz vəziyyəti gördüyün üçün güldün. Axı o obrazı mən ifa edirəm, onun həyatını mən yaşayıram, çəkdiklərini mən də içəridə çəkirəm. Yəni bu mənada komediya dram və faciə janrlarından daha çətindir. Çünki sən həmin obrazın çatışmayan cəhətlərini göstərməlisən, amma eyni zamanda rolu elə ifa etməlisən ki, tamaşaçını ikrah hissi bürüməsin. Əksinə, tamaşaçı ona baxıb təmizlənsin”.

Fidan Ramazan

Gündəm