“Aktyor serialdan o məqamda ayrılır ki, ona başqa serialdan yüksək qonarar təklifi gəlir” - ŞƏRH
21.11.2023 15:55 Mədəniyyət

“Aktyor serialdan o məqamda ayrılır ki, ona başqa serialdan yüksək qonarar təklifi gəlir” - ŞƏRH

Belə demək mümkünsə, milli teleserialların yaradılması üçün dövlət səviyyəsində tədbirlər görülüb lazımi maliyyə imkanları təminatı olsa da, tamaşaçılara təqdim edilən seriallar sənət nümunəsi olmaqdan çox uzaqdır. Buna baxmayaraq, indi serialların çoxu uzunömürlü olur. Məlumdur ki, həmin seriallar tamaşaçılar tərəfindən sevilməsə 500, hətta 1000 bölümə qədər uzadılmaz. 

Bəs belə uzunömürlü seriallara çəkilmək aktyorları yormur?

Əməkdar artist, teatr və kino aktyoru Elman Rəfiyev MediaPost-a açıqlamasında “Aktyor bu peşəni ona görə seçir ki, hər kəsdən fərqlənsin, məşhur olsun” deyə qeyd edib: “Seriala baxılmasa, reytinq toplamasa serialin çəkiliş heyəti həmin serialı sonlandırar.

alt text

Məsələn, "Ata ocağı" serialı insanlar tərəfindən sevildiyi üçün bu qədər uzunömürlü serial oldu. Mən heç bir rolu oynamaqdan qətiyyən yorulmuram. Əksinə, hər gün işimdən daha çox zövq alıram. Mən kamera qarşısına keçməkdən inanılmaz zövq alıram. Aktyor bu peşəni ona görə seçir ki, hər kəsdən fərqlənsin, məşhur olsun. Mən özüm bu sənətə seçilmək üçün gəlmişəm. Küçəyə çıxanda seçilim, cəmiyyət içində seçilim. Mənim ürəyimdə teatrın öz yeri var, kinonun isə öz yeri. Aktyor serialdan o məqamda ayrılır ki, ona başqa serialdan yüksək qonarar təklifi gəlir”.

Fidan Ramazan

Gündəm