“Alçaqlığın dünyəvi tarixinə bir səhifə də əlavə olundu” – Türk məşhurlar Gəncədən yazdı
17.10.2020 14:55 Şou-biznes Qarabağ Azərbaycandır

“Alçaqlığın dünyəvi tarixinə bir səhifə də əlavə olundu” – Türk məşhurlar Gəncədən yazdı

Türkiyəli sənətçilər Gəncədə baş verən qətliamla bağlı paylaşım edib.

“MediaPost” xəbər verir ki, onlar bu barədə sosial media hesablarında yazıb:

Müğənni Hadise:

“Azərbaycana edilən xain hücumda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

Aktyor Alp Navruz:

“Yuxusunda sivilləri hədəf alacaq qədər qorxaq, körpələrin ölümünə səbəb olacaq qədər xaraktersiz bu hücuma gözünü bağlayan dünyaya yazıq...”.

Müğənni Murat Boz:

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə edilən xain hücumlar nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbr diləyirəm. Dualarımız sizinlədir. Başımız sağ olsun!”.

Aparıcı Ece Üner:

“Adına zülm de, terror de, vəhşilik de, insanlıq suçu de... Nə deyirsən, de! Az demiş olarsan. Alçaqlığın dünyəvi tarixinə bir səhifə də əlavə olundu dünən gecə...”.

 

Müğənni Ebru Gündeş:

“Canımız Azərbaycana məsum hədəflər alınaraq edilən xain hücumu şiddətlə qınayır, itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət, yaralılarımız üçün acil şəfa diləyirəm. Hər zaman, hər şərtdə yanınızdayıq! Dualarımız sizinlə!

 

Müğənni Gülben Ergen:

“Qardaş Azərbaycanın yanındayıq, yalnız deyil”.

 

Bundan başqa, sənətçilər Fatma Turqut, Yonca Evcimik, Nilgün Belgün də Azərbaycana dəstək paylaşımları ediblər.

Pərviz Hüseyn

Gündəm