Aldığımız kalorini əritməyin yollarını bilmək nəyə görə vacibdir?
11.12.2019 16:18

Aldığımız kalorini əritməyin yollarını bilmək nəyə görə vacibdir?

Mediapost.az xəbər verir ki, bunu ingiltərəli ekspertlər bildirib və onlar bir pizzadakı kalorini əritmək üçün 4 saat yeriməyin zəruriliyini vurğulayıb. Yaxud da şokoladın verdiyi kalorini azaltmaq üçün 22 dəqiqə qaçmağın lazım olduğunu söyləyib.

İlkin araşdırmalar zamanı məlum olub ki, fiziki məşqlərlə bağlı insanlar xəbərdarlıq gördüyü zaman daha az və sağlıqlı qidalanmaq istəyirlər.

14 fərqli araşdırmanı incələyən “Loughborough” Universitetinin mütəxəssiləri bu qənaətə gəliblər ki, qida paketlərinin belə hazırlanması 200 kalorinin itirilməsi ilə nəticələcək.

Gündə 200 kalori əritmək qulağa az kimi gələ bilər,

Baş mütəxəssis Amanda Daley deyir ki, cəmiyyətin nə yeməsi ilə bağlı düzgün qərar verməsi üçün müxtəlif yollarla maraqlanırlar, onların daha çox fiziki aktivliyinə çalışırlar:

“Biz bilirik ki, insanlar müntəzəm olaraq qidaların kalorilərini aşağı qiymətləndirirlər. Əgər siz şokoladlı “muffin” keksi yeyirsənsə, 500 kalori aldığınızı bilməlisiniz. Bunu əritmək üçün isə 50 dəqiqə yeriməli olduğunuzu nəzərinizdə saxlamılısınız” – deyə prefessor bildirib.

Professor bildirib ki, burada əsas məsələ pəhriz saxlamaq deyil: “Biz istəyirik ki, ictimaiyyət daha maariflənsin və istifadə etdiyi qidaların onlar üçün nələrə səbəb olacağını bilsinlər. Yəni “şokoladlı keks üçün bu qədər kalori qəbul etməyə dəyərmi?!” deyə düşünsünlər.

Kalori haqqında

- Bir qida və ya içkidəki enerji miqdarı kalori ilə ölçülür

- Bədənin fəaliyyət göstərə bilməsi üçün gündə kişilərin 2.500, qadınların isə 2000 kalori qəbuk etməsi zəruridir

- Əridə biləcəyinizdən çox kalori almaq piylənməyə gətirib çıxara bilər

- Hər gün lazım olan miqdardan artıq kalori qəbul etmək bədəndə piy halında toplanır

Xəbərlər departamenti

Gündəm