Aleksander Çeferin: "Əgər burnunuz uzundursa, ofsayddasınız"
Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı futbol rəhbəri qaydalar və VAR-ın rolu barədə danışıb. Müəyyən çatışmazlıqların olduğunu bildirən A.Çeferin yeni təkliflə çıxış edib: “Bizim təklifimiz ondan ibarətdir ki, 10-20 sm ofsaydlara icazə verilsin. İki həftə öncə ən yaxşı məşqçilər – Yurgen Klopp, Xosep Qvardiola, Zinəddin Zidan, Massmiliano Alleqri, Karlo Ançelotti UEFA-da idi. Bizim hakim Roberto Rozetti onlara əllə oyunu göstərib, qayda pozuntusu barədə soruşur. Yarısı “hə”, yarısı “yox” deyir. Mənə deyin görüm, qaydalar nə dərəcədə aydındır? Biz heç nə bilmirik! AVRO-2020-də VAR-dan istifadə etməyə borcluyuq. Çünki bütün komandalar səhv olanda şikayət edəcəklər”.
Qeyd edək ki, AVRO-2020 iyunun 12-dən iyulun 12-dək keçiriləcək.
Mediapost.az